Məzmuna keç

Biznesinizi gələcəyin texnologiyaları ilə inkişaf etdirin.

Uğurlu layihə
14
Xidmət istiqaməti
6
Dəstək
7/24

Necə işləyirik

  1. Analiz

    Biznesinizi, istifadəçiləri və hədəfləri öyrənirik, layihənin həcmini birlikdə müəyyən edirik.

  2. Dizayn

    Struktur, prototip və vizual dizayn. Hər addımı sizinlə razılaşdırırıq.

  3. Proqramlaşdırma

    Sayt, tətbiq və ya sistem qurulur, test olunur, mövcud alətlərinizlə inteqrasiya edilir.

  4. Buraxılış və dəstək

    İşə salırıq, komandanızı öyrədirik və sonra da məhsulu inkişaf etdirməyə davam edirik.

Partnyorlarımız

Tez-tez verilən suallar

Bütün suallar
  • Sayt və ya tətbiq hazırlamaq nə qədər vaxt aparır?

    Müddət layihənin həcmindən asılıdır: bir səhifəlik landing ilə çoxdilli portal və ya CRM eyni vaxt aparmır. İlk görüşdə tapşırığı birlikdə müəyyən edirik və işə başlamazdan əvvəl mərhələlərə bölünmüş təqvim təqdim edirik.

  • Qiymət necə müəyyən olunur?

    Qiymət lazım olan funksiyalardan, səhifələrin və dillərin sayından, inteqrasiyalardan asılıdır. Sorğunuzu aldıqdan sonra işin həcmini və qiymətini göstərən yazılı təklif hazırlayırıq.

  • Saytı özümüz idarə edə biləcəyikmi?

    Bəli. Hər sayt idarə paneli ilə təhvil verilir: mətnləri, şəkilləri, xəbərləri və kataloqu proqramçı olmadan dəyişə bilərsiniz. Buraxılışdan sonra komandanıza paneldən istifadəni də öyrədirik.

  • Çoxdilli və mobil cihazlara uyğun sayt hazırlayırsınız?

    Bəli. Saytlar AZ, EN, RU və lazım olan digər dillərdə hazırlanır, dizayn isə mobil versiya ilə birlikdə qurulur ki, telefonda, planşetdə və kompüterdə rahat açılsın.

  • Saytın Google-da tapılması üçün nə edirsiniz?

    Hər saytda texniki SEO edirik: sürətli yüklənmə, düzgün başlıqlar və təsvirlər, hər dil üçün ayrıca ünvanlar, sayt xəritəsi və axtarış sistemləri üçün strukturlaşdırılmış məlumat.

Layihəniz var?

Bir neçə cümlə ilə nə qurmaq istədiyinizi yazın, sizinlə əlaqə saxlayaq.

Kopyalamaq üçün klikləyin